thecentreofmagazine

SORĞU: Ən çox oxunan yazıçı Qaraqan oldu

Posted on: Avqust 11, 2011

      ANN.Az xəbər portalının rəsmi “Facebook” səhifəsində keçirdiyi sorğu başa çatıb.

Cümə günündən start götürən sorğunun sualı “Ən çox oxuduğunuz azərbaycanlı yazıçı kimdir?” olub. Sorğuya respodentlər tərəfindən 40-dan çox yazıçının adı daxil edilib.

Sorğuya bazarertəsi saat 17-00-da yekun vurulub. Qeydə alınmış 525 səsin nəticəsində, ən çox oxunan yazıçı Milli Kitab Mükafatının ötənilki qalibi Elxan Qaraqan olub. Ümumi səslərin 87-i Elxan Qaraqana verilib.

İkinci yerə isə 60 səslə Çingiz Abdullayev layiq görülüb. İlk üçlüyü 48 səslə Aqşin Yenisey tamamlayıb.

Sorğunun nəticələrinə görə, ilk onluğa düşənlər aşağıdakılardır:

1. Elxan Qaraqan – 87 səs
2. Çingiz Abdullayev – 60 səs
3. Aqşin Yenisey – 48 səs
4. Seymur Baycan (XXX) – 45 səs
5. Əli Əkbər – 39 səs
6. Anar Rzayev – 25 səs
7. Pərviz Cəbrayıl – 17 səs
8. İsa Hüseynov – 15 səs
9. Varis – 14 səs
10. Rafiq Tağı və Mikayıl Müşviq (12 səs)

Qeyd edək ki, sorğunun qaydalarına əsasən, hər bir “facebook” istifadəçisi bir yazıçıya bir dəfə səs verə bilib.

Onu da bildirək ki, bu bir “Facebook” sorğusudur və hər hansı rəsmi statistika deyil. Bununla belə, onu da qeyd etmək yerinə düşər ki, sorğunun nəticələri təxminən kitab bazarındakı duruma uyğundur.

Son iki ilin statistikasına əsasən, Azərbaycan kitab bazarında ən çox satılan birinci və ikinci kitab məhz Qaraqanın romanları olub. “Ən yeni ədəbiyyat” seriyasından ən çox satılan kitab isə Pərviz Cəbrayılın “Yad dildə” romanıdır.

Seymur Baycanın “Quqark” romanının ilkin tirajı ( 1000 nüsxə) da qısa zamanda satıldı və kitabın ikinci nəşri basıldı.

Əli Əkbərin, Aqşin Yeniseyin, Çingiz Abdullayevin də yetərli oxucu auditoriyası var.

Populyar ədəbiyyat təmsilçisi Varisin kitablarının da son illərdə yetərincə satıldığı məlumdur.

Xalq yazıçıları Anar, İsa Hüseynov, habelə Mikayıl Müşfiqin siyahıya düşməsi də təccüblü deyil. Onların xüsusi ilə yaşlı nəsil arasında çoxsaylı oxucuları var.

Rafiq Tağı isə Azərbaycan ədəbiyyatının ən usta hekayəçilərindən biri kimi, hər zaman oxucuların diqqət mərkəzindədir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

%d bloqqer bunu bəyənir: